Friday, June 10, 2005

ساوه شاهسئوه نلريندن توركجه فال باياتيلارى




ساوه شاهسئوه نلريندن توركجه فال باياتيلارى

بو يازى ساوه شاهسئوه نلرى وئبلاگيندان آلينيبدير



Sava Şəsəvən Türklərindən Fal Bayatıları

Şəsəvənlərin bu bayatı falı, təkcə qadınlar tərəfindən açılabilər. Bu fal çeşidi hamısal (kolektiv) bir biçimdə olar. Yaşlı bir ağbirçəyin dövrəsinə oturanların biri, istədiyi bir bayatının birinci bəndini oxuyar. Ağbirçək qərnə (qarı nənə) hər oxunan bəndə, ətəyində gizlətdiyi təsbi muncuqlarıynan sayar. 41.ci bayatının birinci bəndi falın yaxçı, orta, qolay, pis olmasını görsədər. 41.ci bayatının birinci bəndi oxunduqdan sora, fal açan qərnə bayatının ardını oxuyub, yaxçı, pis, qolay, orta olduğunu diyər.

Bu 41 bayatını 1993 ilində Bələşli tayfasından Zübeydə Xudayarlı Kölndə oxumuş, Bayquş dərgisinin birinci sayısında yayılmışdı. Kim Ərəb ABCyiynən oxumaq istər, http://merkezi-az.blogspot.com/ da oxuyabilər.

Vali Gözətən




ساوه شاهسئوه نلريندن توركجه فال باياتيلارى
قايناق: بله شلى اويماغيندان: زوبئيده خودايارلى

1 (yaxçı) ١- ياخچى
Şiraz'ın boz dağları شيراز´ين بوز داغلارى
Tutubdu toz dağlarıتوتوبدو توز داغلارى
Movlam qanad verseydiموولام قاناد وئرسه يدى
Aşardım tez dağlarıآشارديم تئز داغلارى

2 (qulay)٢- قولاى
Qarşıda qoç yatıbdı قارشيدا قوچ ياتيبدى
Qoç buynuzu çatıbdıقوچ بوينوزو چاتيبدى
Heyif qoç əməginə حئييف قوچ امه يينه
Qurru yerdə yatıbdı قوررو يئره ياتيبدى

3 (yaxçı)٣- ياخچى
Qaraqan'dan qar göndərقاراقان´دان قار گؤنده ر
Ağ dəsmala sar göndərآغ دسمالا سار٬ گؤنده ر
Müşgil işim düşübdüموشگول ايشيم دوشوبدو
İmamlardan car göndərايماملاردان جار گؤنده ر

4 (yaxçı)٤- ياخچى
Ağ at biçində gəzərآغ آت بيچينده گزه ر
Buxav qiçində gəzərبوخاو قيچينده گزه ر
Qurban olum qardaşaقوربان اولوم قارداشا
Xanlar içində gəzər خانلار ايچينده گزه ر

5 (yaxçı)٥- ياخچى
Əli Əli'dən mədədعلى علي´دن مدد
Movlam Əli'dən mədədمولام على´دن مدد
Xalxa bəydən paşadanخالخا بىدن پاشادان
Biyə Əli'dən mədədبيزه على´دن مدد

6 (yaxçı)٦- ياخچى
Dağdan gələr dağ kimi داغدان گله ر داغ كيمى
Həvkirər Allah kimiهئوكيره ر آللاه كيمى
Əyiler su içməgəاييله ر سو ايچمه يه
Bağırar oğlaq kimi باغيرار اوغلاق كيمى

7 (yaxçı)٧- ياخچى
Bu bazar uzun bazarبو بازار اوزون بازار
İçində bir qiz gəzərايچينده بير قيز گزه ر
Əlində qələm davadالينده قلم داوات
Dərdimə dərman yazarدرديمه درمان يازار

8 (yaxçı)٨- ياخچى
Saqqız ağacı haçaساققيز آغاجى هاچا
Əlim dulaşdı saçaاليم دولاشدى ساچا
Bir mərd oğlan istərəmبير مرد اوغلان ايسته ره م
Məni götürə qaçaمنى گؤتوره قاچا

9 (qulay)٩- قولاى
Bu kəklik naşı kəklik بو ككليك ناشى ككليك
Qanadın qaşı kəklikقانادين قاشى ككليك
Altına su düşübdüآلتينا سو دوشوبدو
Balasın daşı kəklikبالاسين داشى ككليك

10 (yaxçı)١٠- ياخچى
Həsəniyəm Həsəniحسنىيم٬ حسنى
Tarım saxlasın səniتانريم ساخلاسين سنى
Xəsə göyül nar istərخسته گؤيول نار ايسته ر
Mənim göynüm ha səniمنيم گؤينوم ها سنى

11 (yaxçı)١١- ياخچى
Baba naçar ağlama باهار ناچار آغلاما
Gündü giçər ağlamaگوندو٬ گئچه ر ٬ آغلاما
Qapını bağlayan babaقاپينى باغلايان بابا
Bir gün açar ağlama بير گون آچار٬ آغلاما

12 (qulay)١٢- قولاى
Çubuğu çaldım duvaraچوبوغو چالديم دووارا
Elçi göndərdim yaraائلچى گؤنده رديم يارا
Nəhlət gəlsin bu yaraنهلت گلسين بو يارا
Elçimə cavab olduائلچيمه جاواب اولدو ؟(

13 (yaxçı)١٣- ياخچى
O yandan Əli gələrاو ياندان على گله ر
Əli divəli gəlerعلى دوه لى گله ر
Qardaşım şah nükəriقارداشيم شاه نؤكرى
Sağlıq xəbəri gələrساغليق خبرى گله ر

14 (yaxçı)١٤- ياخچى
Qapıdan biri gəldiقاپيدان بيرى گلدى
Tarının nuru gəldiتانري´نين نورو گلدى
Bu arxı kim pəklədiبو آرخى كيم پاكلادى؟
Su bilə duru gəldiسو بيله دورو گلدى

15 (yaxçı)١٥- ياخچى
Həsən Hüseyn arxlarıحسن حوسئين آرخلارى
Buy tutub qırnaxlarıبوى توتوب قيرناقلارى
Sən ol səlbi ağacıسن اول سلبى آغاجى
Mən olum budaxlarıمن اولوم بوداقلارى

16 (yaxçı)١٦- ياخچى
Saqqız ağacı larıساققيز آغاجى لارى
Dibində qalı sarıديبينده قالى سارى
Hər bir yana getsəm dəهر بير يانا گئتسه م ده
Qibləmdi sənə sarıقيبله مدى سنه سارى

17 (qulay)١٧- قولاى
Qoz ağacı qurulduقوز آغاجى قورودو
Dibində su durulduديبينده سو دورولدو
Hamının yarı gəldiهامينين يارى گلدى
Mənim boynum burulduمنيم بوينوم بورولدو

18 (orta)١٨- اورتا
Bu dağlar Gənə dağlar بو داغلار گنه داغلار
Çixaydım sənə dağlarچيخايديم سنه داغلار
Molam qanad verseydiموولام قاناد وئرسه يدى
Aşardım səni dağlarآغارديم سنى داغلار

19 (orta)١٩- اورتا
Qaralar var ağlar varقارالار وار ٬ آغلار وار
Ağ sinəmdə dağlar varآغ سينه مده داغلار وار
Qoy gülə göynü şadlarقوى گوله گؤيلو شادلار
Biz gülməli çağlar varبيز گولمه لى چاغلار وار

20 (orta)٢٠ - اورتا
Bu dağlar bəlgəli dağlarبو داغلار بلگه لى داغلار
Dibi kölgəli dağlarديبى كؤلگه لى داغلار
Oturdam yol gözlərəmقوتوردوم يول گؤزله ره م
Haçaq el gəli dağlarهاچاق ائل گلى داغلار

21 (pis)٢١- پيس
Bu dağlar başı qardıبو داغلار باشى قاردى
Mənim işim ahızardıمنيم ايش آه-و زاردى
Şirin laylay çalan yoxduشيرين لايلاى چالان يوخ
Yar yanından gələn yoxduيار يانيندان گله ن يوخ

22 (qulay)٢٢- قولاى
Zula tikənزولا تيكه ن
Verib qolqola tikənوئريب قول قولا تيكه ن
Bilməm hardan gələrəyبيلمه م هاردان گله ره ى
Gözüm o yola tikəm گؤزوم او يولا تيكه م

23 (pis)٢٣- پيس
Bir çay geçdim daşı yoxبير چاى گئچديم داشى يوخ
Bir atr mindim başı yoxبير آت مينديم باشى يوخ
Heyif olsun dədəməحئييف اولسون دده مه
Yanında qardaşı yoxيانيندا قارداشى يوخ

24 (yaxçı)٢٤- ياخچى
Qoz ağacı döyləm mənقوز آغاجى دؤيوله م
Hər gələnə əyiləmهر گله نه اييله م
Əyil üzüydən öpümاييل اوزوندن اؤپوم
Mən özgəsi döyülemمن اؤزگه سى دؤيوله م

25 (orta)٢٥- اورتا
Qıt at nalın qurbanı قير آت نالين قوربانى
Xətti xalın qurbanıخطط-ى خالين قوربانى
Məni yetir qardaşaمنى يئتير قارداشا
Dırnaqların qurbanıديرناقلارين قوربانى

26 (orta)٢٦- اورتا
Qızıl gülü dərərləقيزيل گولو دره له
Dəsdə dəsdə sərərləدسته دسته سره له
Xoş o qizin halınaخوش او قيزين حالينا
Sevdiginə virərləسئودييينه وئره له

27 (orta)٢٧- اورتا
Dağların göy çiməniداغلارين گؤى چيمنى
Güyərer göy çiməniگؤيه ره ر گؤى چيمنى
Ya gəzərəm taparamيا گزه ره م تاپارام
Ya vurar avçı məniيا وورار آوچى منى

28 (qulay)٢٨- قولاى
Baba mənəm baba mənبابا منم بابا من
Bir don geydim qaba mənبير دون گئيديم قابا من
Yıxdım özüm öz yevimييخديم اؤزوم اؤز يئويم
İləmədim toba mənايله مه ديم توبا من

29 (pis)٢٩- پيس
Burdan bir maya geçdiبوردان بير مايا گئچدى
Çalxandı çaya geçdiچالخاندى چايا گئچدى
Ət tökdü sümük qırdıات تؤكدو سوموك قيردى
Əməgi zaya geçdiامه يى زايا گئچدى

30 (yaxcı)٣- ياخچى
Damdamadı damımızدام دامادى داميميز
Quşadı eyvanımızقوشادي ائيوانيميز
Sən ordan çıx mən burdanسن اوردان چيخ من بوردان
Kör olsun düşmənimizكور اولسون دوشمانيميز

31 (yaxçı)٣١- ياخچى
Damdan dama gəlmişəmدامدان داما گلميشه م
Yer salmağa gəlmişəmيئر سالماغا گلميشه م
Mən oğlanın bacısıمن اوغلانين باجيسى
Qız almağa gəlmişəmقيز آلماغا گلميشه م

32 (yaxçı)٣٢- ياخچى
Ağac atdım ağacaآغاج آتديم آغاجا
Bir quş tutdum balacaبير قوش توتدوم بالاجا
Qardaş adaxlıy gördümقارداش آداخليى گؤردوم
Qaşı gözü qaracaقاشى گؤزو قاراجا

33 (yaxçı)٣٣- ياخچى
Ay getdi batan yirəآى گئتدى باتان يئره
Məlik top atan yirəميلك توپ آتان يئره
Əmiqızı qurban olsunعمقيزيى قوربان اولسون
Əmioğlu yatan yirəعموغلو ياتان يئره

34 (pis)٣٤- پيس
Bağçalar dolu bardıباخچالار دولو باردى
Heyvalar dolu nardıهئيوالار دولو ناردى
Mən səndən ayrılalıمن سندن آيريلالى
İşim Ahınan zardıايشيم آهينان زاردى

35 (qulay)٣٥- قولاى
Çıxdım bu yola bugünچيخديم بو يولا بوگون
Tapdım bir ala düyünتاپديم بير آلا دويون
Səniynən giçən günümسنىينن گئچه ن گونوم
Saldım yar yada bugünسالديم يار يادا بوگون

36 (orta)٣٦- اورتا
Saqqız ağacı sudaساققيز آغاجى سودا
Birin çək birin budaبيرين چك٬ بيرين بودا
Çəkək bu bəndə qəhrinچكه ك بو بنده قهرين
Mətləb virə bu xudaمطلب وئره بو خودا

37 (yaxçı)٣٧- ياخچى
Ağ at kişnədi gəldiآغ آت كيشنه دى گلدى
Gəmin dişlədi gəldiگمين ديشله دى گلدى
Qurban olum qardaşaقوربان اولوم قارداشا
Toyun başladı gəldiتويون باشلادى گلدى

38 (pis)٣٨- پيس
İncəcə yol qırnağıينجه جه يول قيرناغى
Nəzikcə baş tarağıنازيكجه باش تاراغى
Getdi gözüm çırağıگئتدى گؤزوم چيراغى
Daha görünməz olduداهاگؤرونمز اولدو (؟)

39 (pis)٣٩- پيس
Ağ tavuq uçdu getdiآغ تاووق اوچدو گئتدى
Qanadı düşdü getdiقانادى دوشدو گئتدى
Kör olsun əmiqiziكور اولسون عمىقيزى
Əmioğlu köçdü getdiعموغلو كؤچدو گئتدى

40 (pis)٤٠- پيس
Kəklik yal quzayındaككليك يال قوزايندا
Səkər yal quzayındaسكه ر يال قوزاييندا
Gün gidər kölgə gələrگون گئده ر كؤلگه گله ر
Qaldım qar quzayındaقالديم قار قوزاييندا

41 (orta)٤١- قورتا
Qoz ağacı qurmaqdıقوز آغاجى قورماقدى
Qozu barmaq barmaqdıقوزو بارماق بارماقدى
Mənim bu dəli göynümمنيم بو دلى گؤيلوم
Yara ha yalvarmaqdıيارا ها يالوارماقدى

0 Comments:

Post a Comment

<< Home