Tuesday, July 26, 2005


Savə Mahalı

Savə vilayətinin tabeçiliyinə 5 bölgə və 729 kənd daxildir. Savənin tabeçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir, məşhur Azərbaycan yazıçısı hüquqşunas Əli Kəmali də Savəlidir və Savənin Xarqan bölgəsində anadan olub Xarqan Savənin ən iri bölgəsi sayılır bu bölgənin ümumi sahəsi 2500 min kv-km-dir. Təkcə Xarqan bölgəsi 200 kənddən ibarət dir və Savə ərazisinin böyük bir hissəsəi və Həmədan əyalətinin çölləri Kalaiz, Takistan, Avşariyyə və...

Güney Azərbaycanın ayrılmaz hissəsi olan amma İran- fars dövlətinin ərazi islahatı nəticəsində inzibatı baxımdan Mərkəzi əyatlətinin tabeçiliyinə verilmiş Savə mahalı .

Savə Azərbaycan Türklərinin ən qədim yurdlarından biridir. Tarixçilərin qənaətinə görə Savə məşhur Azərbaycan pəhləvanı və bir müddət Türküstan dövlətinin başçısı olmuş Savə şahın adını daşıyır. Məşhur tarixi əsər Rövzətosəfa nın mülifi Savə şahı haqqında yazır:

Sasanı şahı Bəhram 12 min nəfərlik ordusu ilə Türkistan ölkəsini hökümdarı olan Savə şahla döyüşə girdi Savə mahalı Azərbaycan torpaqlarının şərq sərhədlərində yerləşir. Savə mahalınını mərkəzi Savə şəhəri isə İran paytəxti Tehrandan 126 km cənub-qərb tərəfdə yerləşir. Savə mahalı şimal tərəfdən şərti olaraq Azərbaycanın Qəzvin qərb tərəfdən şərti olaraq Azərbaycanını Həmədan, şərqdən İran paytəxti Tehranla həmsərhəddir. Bu mahalın əhalisi 200 000 nəfərə bərabərdir. Savə vilayətinin tabeçiliyinə 5 bölgə və 729 kənd daxildir. Savənin tabeçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir, məşhur Azərbaycan yazıçısı hüquqşunas Əli Kəmali də Savəlidir və Savənin Xarqan bölgəsində anadan olub Xarqan Savənin ən iri bölgəsi sayılır bu bölgənin ümumi sahəsi 2500 min kv-km-dir.

Təkcə Xarqan bölgəsi 200 kənddən ibarət dir və Savə ərazisinin böyük bir hissəsəi və həmədan əyalətinin çölləri Kalaiz,Takistan, Avşariyyə və Boyunzahra düzənlikləri Xarqan dağlarından axan sularla suvarilir. Savə Rzaxanın əməri ilə 20 ci illlərdə Tehran əyalətinin tərkibinə daxil edilsədə bu mahalın əhali tərkibi dəyişməz olaraq qalmaqdadır və bu mahalda Azərbaycan Türklərimütləq əksəriyyəti oluşturmaqdadır.

8-9 kəndə mühacirət edib gələn bir neçə yüz nəfəlik qeyri-Azərbaycanlı qonaq isə bir çox hallarda öz anadilini sankı unutmağa məcbur olub Savə haqda etnoqrafiyanın müəllifi mərhum Əli Kəmali bu barədə yazır: Savəlilər öz əslinə, kökünə bağlı insanlardır, Savəyə köçüb gələn qeyri Türk ailələr bu vilayətin əhalisi tərəfindən çox az bir müddətdə Türkcə danışmağa və ünsiyyət qurmaq üçün Tükcədən istifadə etməyə sövq edilir və ən maraqlısı odur ki, bu ailələr Azərbaycan Türklərinin adət-ənənəsi ilə yaşamağa get-gedə üstünlük veriblər Kəmalinin yazdığına görə Ərəb vilayətlərindən Savəyə 3 tayfa köçüb Lək, Arxli və Kələvənd tayfasına aid insanları artıq Ərəb saymaq mümkün deyil çünkü onlar özlərini Türk hesab edirlər və təbi olaraq tamami ilə Türkləşiblər və irqca ,soyca Türk olan əhali qədər Türk mədəniyyətinə Kültürünə adət ənənəsinə bağlıdırlar. Xatırladaq ki Savə vilayətinin sakinləri əsasən Xələc, Bayat, Avşar, Bəydilli, Şahsevən, Müğanlı, Qacar və başqa Türk tayfalarindan ibarətdir.

Savə ədəbiyatçıları Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıblar Savə ədəbiyatı əsarət və yasaqlar altında olan Güney Azərbaycan ədəbiyyatının ən mühüm qollarından biri Savə şəhəri isə Urmu,Təbriz, Ərdəbil, Qəzvin, Həmədan və Zəngan qədər qədim Azərbaycan şəhərlərindən biridir və 280 000 Kv-Km-lik Güney Azerbaycan ərazisinin 15000 kv-km-ini təşkil edir.

Hələ Pəhləvi hakimiyyətinin ən sərt qanunlarının işlədiyi dövrüdə Savə vilayətini əhalisini öz dilində danışmaq, yazıb- yaratmaqdan məhrum etmək mümkün olmayıb Savə telimxan, Əkbər, Rəzzaq, Sənai, Almaz, Xaki, Asim, Seyd Mehdi Müntəzir, Dərəgəzli Molla Əhəməd kimi böyük söz ustaları və Əli Kəmali kimi böyük yazıçı, publisistlər yetişdirimişdi.

0 Comments:

Post a Comment

<< Home