Monday, January 23, 2006


ŞAHSEVƏNLƏR

Uşaqlarımız Öz Ana Dilində Oxumalı ...



Bəxtiya Fərrux bəy, Şahsevən şairi

Ozanlar qopuz çalanda
qayğılarım qətər qətər
kərvan olar
alçaq ucaları aşar
düşər gedər gəlməz yola

Ozanlar qopuz çalanda
Göyçiməndə Qorqud Dədə'm
harayları
uca dağların başından
sənələrdir gəlir səsi
məni salır bilməz hala

Ozanlar qopuz çalanda
Babək babam bir sel olub
dağdan axır
qoç Koroğlu nə'rə çəkir
covlan verir
yağıları
yerə yaxır
paşaların meydanında
aşıq Çunun'un sazında
oyanıram bala bala



Bəxtiya Fərrux bəy, Şahsevən şairimizə yazın! Unutmeyin, öz qəşəng Şəsəvən türkcəyiznən yazın. Mel izlərimiz:

dalgam2002@yahoo.de
bakhtiar_farrokh@yahoo.com

0 Comments:

Post a Comment

<< Home