Saturday, March 06, 2010

Vali Gözətən: Güney Azərbaycanın Sava bölgəsində yaşayan Şahsevənlərin Yarcanlı oymağından

http://valigozeten-ozlem.blogspot.com/



Yaşamöyküsü

Vali Gözətən Güney Azərbaycan Şahsevənlərinin Sava bölgəsində yaşayan Yarcanlı oymağında 1964`cü ildə anadan olmuşdur.

Yaşam öyküsündə: “64 doğumluyam. İndiyə dək bircə xocam, öyrətmənim olmadı. Oldu! Fars bir ``öyrətmən``im oldu. Yeddi yaşında birinci gün oxula getdiyimdə, Farscanın nə olduğunu bilə bilməyirdim (bizdə Tat deyərdilər farslara. Bunu da sonralar anladım). Birinci gün həyətdə taytuşlarımla (Sınıfdaslarımla) oynarkən, doğal olaraq, Şahsevənlərin ``yoğun fıqqasıyla`` Türkcə danışırdıq... demə Fars ``öyrətmən`` bizi yaxından güdürmüş. Mən nəsə uşaqlara anlatırdım. Ansızın ildırım beynimdə çaxmış kimi yerə yıxıldım...

Gözümü açdığımda, bayıltıdan uyuşmuş gövdəmi qirqumun (asfaltın) üstündə buldum. Kimsəni çevrəmdə görmədim. Uşaqlar sınıflara getmişdilər. Ölümcül bir durumda ayağa qalxmaq istədiyimdə, şalvarıma... etdiyimi anladım. Nəysə, özümü evə yetirdim.

Evdəkilərdən gizlin, tuvaletdə ``kəndimi sildim``, üstümü dəyişdim... ana atam inciməsin deyə, oxula döndüm...

İl bitdi... yaz tətilləri başladı... Şahsəvən uşaqlarını “başıma yığdım”... ətəklərimzdə daş... Oxulun qocaman camlarını qır ha qır... bircə cam sağlam buraxmadıq...

O gün bu gün... “öyrətməndən, oxuldan... içimdə bir nifrət yarandı...

On üç yaşına varınca yazmağa başladım... kimsə mənə öyrətmənlik etmədi... Nə öyrəndimsə, kendi-öz`ümdən öyrəndim...” yazır...

Vali Gözətən doqquzuncu sınıfda Fars rasist rejiminə qarşı devrim başladığında əski nifrəti yenə də içindən püskürərək... polisləri daşa basmağa, təkərləri odlamağa can atmışdı.

Devrimdən sonra, onbirinci sınıfı oxurkən düşüncələrindən dolayı oxuldan atılmışdı. Olayı ana atasından gizli saxlamağın yolunu savaşa getməkdə bulmuşdu. Savaşda Sadıq adlı yoldaşı öldürüldükdən sonra (Mamacç romanında onun anılarını yazmışdır), yaşadığı Qum kəntinə döndüyündə yenə də oxula alınmamışdır.

1984`cü ilin sonlarına dəgin üç yol tutuqlanmış, 1995`də Türkiyəmizə, oradan Almanyaya yerləşmişdir...

Vali Gözətən birinci kitabını ana dilində 1989`da Parisdən döndükdən sonra yazmağa başlamışdır.

Vali Gözətən 1992`dən 1994`ə dək Almanyanın Köln şəhərində Cocuq Bağçasında eyitmən olaraq çalışarkən “Bayquş” dərgisini də yayımladı...

0 Comments:

Post a Comment

<< Home